Böyük Britaniyanın Mançester şəhərində atışma baş verib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, yerli polisin məlumatına görə, hadisə nəticəsində 10 nəfər xəsarət alıb.

"Sky"ın məlumatına görə, hadisə avqustun 12-nə keçən gecə Moss-Sayd rayonunda qeydə alınıb. Hadisədən bir neçə saat əvvəl ərazidə karnaval keçirilib, ona görə orada çoxlu adam olub.

Yaralıların hansı vəziyyətdə olduğu hələ ki, məlum deyil. Hadisə yerində hüquq-mühafizə orqanları əməkdaşları işləyirlər.