Türkiyədə liranın kəskin dəyərini itirməsi hazırda Azərbaycanda satılan türk geyim məhsullarına təsir etməyib. 

Unikal.org bildirir ki, geyim məhsullarının Türkiyədən gətirən ticarətçilər deyir ki, satışdakı məhsullar əsasən lirənin dəyər itirməsindən əvvəl gətirilib. Amma bundan sonra gətirilən məhsullarda da elə bir ciddi qiymət fərqi olmayacaq. Çünki, Türkiyədən gətirilən mallar lirə ilə deyil dollarla alınır.

Satıcıların sözlərinə görə, lirənin dəyəri aşağı düşməsinə baxmayaraq ordan gətirilən tekstil mallarını qiymətlərini aşağı endirmək onlara sərf etmir

Tekstildən fərqli olaraq isə lirənin ucuzlaşması mebel bazarında qiymətlərə təsir göstərməsi gözlənilir

Sahibkar fikrini belə əsaslandırır ki, Türkiyədə mebel istehsalı əsasən yerli xammal əsasında aparılır. Yəni Türkiyə mebel üçün xaricdən xammal almadığı üçün məhsulun maya dəyərində artım olmur. Türk şirkətləri yerli pərakəndə satışı lirə ilə aparıb qiymət artımına getməsə, bunun müqabilində ixrac əməliyyatlarında dollara üstünlük versə bu daxili bazarla xaricə çıxardığı məhsulun arasında kəskin qiymət fərqi yaradır. Bunun isə xarici ticarət tərəfdaşlarına məntiqli izahı yoxdur. Əgər türk höküməti ixraca görə gömrük rüsumunu dəyişməsə türk məhsulu olan mebellərin qiymətində ucuzlaşma gözləniləndir./xezerxeber.az