Ekvadorda yerli "Barselona" klubunun azarkeşlərinin iştirakı ilə ağır yol nəqliyyat hadisəsi baş verib.

Unikal.org TASS-a istinadən verdiyi məlumata görə, faciəvi olay Kuenkidən Quyakilə gedən yolda qeydə alınıb. Fanatlar komandanın səfər oyunundan qayıtdıqları vaxt avtobus yoldan çıxaraq aşıb. Nəticədə ən azı 12 nəfər ölüb, daha 30-u yaralanıb.

"Barselona"nın Quyakildəki ev arenasında müvəqqəti kilsə qurulub. Orada insanlar ölənlərin xatirəsini yad edə bilərlər.