Bərdə rayonunda 78 yaşlı qadın intihar edib.

Unikal.org "Report"a istinadən bürosu xəbər verir ki, hadisə rayonun Gərənə kəndi ərazisində yerləşən məcburi köçkün şəhərciyində baş verib.

Belə ki, Xocalı rayonundan olan məcburi köçkün, 1940-cı il təvəllüdlü Məmləkət Fərman qızı Ramazanova özünü yaşadığı binanın 5-ci mərtəbəsindən ataraq intihar edib.

Qadının nevroloji xəstəlikdən əziyyət çəkdiyi bildirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.