Bakıda mağazaya basqın edən qrupun daha bir üzvü tutulub.

Unikal.org  Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsi və Ağcabədi Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 9-da Nərimanov rayonu ərazisindəki mağazalardan birinə gələrək mağaza sahibini yumruqla vurub kassadakı 1000 manat pulu aparmaqda şübhəli bilinən qrupun digər üzvü - Lənkəran rayon sakini Rasim Bəşirzadə saxlanılıb.