SON XƏBƏRLƏR
24 Sentyabr 2018
23 Sentyabr 2018
Özünü "Qaçqınkom"un binasından atmaq istəyən məcburi köçkünə 4 otaqlı ev verildi
CƏMİYYƏT 17:01 / 13.08.2018
Bu gün Qaçqın və Məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin binasında intihara cəhd edən məcburi köçkün, gözdən əlil idmançı Natiq Novruzzadənin problemi həll edilib. 

Unikal.org xəbər verir ki, N.Novruzzadə bu barədə "Qafqazinfo”ya məlumat verib.

O qeyd edib ki, intihar cəhdindən sonra komitənin sədri Rövşən Rzayevin qəbulunda olub: "Mənə Kürdəxanıda yeni tikilən binalardan 4 otaqlı mənzil verdi. Mənzilin sənədlərini də təqdim etdi. Dedi ki, bina oktyabr ayına kimi istifadəyə veriləcək. Bundan əlavə, 4 aylıq kirayə pulumu da verdilər”.

Onun sözlərinə bu ilin mart ayında Nizami rayonu Babək 87 ünvanında yerləşən evləri "Yusifoğlu” MMC tərəfindən sökülüb: " Həmin ünvanda 112 ailə məskunlaşmışdı. Onlardan 54-ü məcburi köçkün idi. 54 nəfərdən 27-sinin kompensasiyasını verdilər, bizi isə beş aydır ki, süründürürlər. Sonunda belə addım atmağa qərar verdim”.