Ötən il iş adamı Selim Selimoğlu ilə eşq yaşamağa başlayan Bengü toy hazırlığındadır.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, müğənni avqustun 29-da sevgilisi ilə nikah masasına oturacaq. Bengünün toy dəvətnaməsinin fotosu yayılıb. Gümüşü rəng və çiçəklərlə bəzədilən bir dəvətnamə seçən Bengü kokteyllə başlayıb nikahla davam edən toy planlaşdırır.
Bengü ve Selim toy hazırlıqlarına 1 milyon lirə (təxminən 400 min manat) xərcləyib. Xına gecəsi, gəlinlik, nikahdan sonrakı parti üçün libasa, yeməklərə və bal ayına cütlük 1 milyon büdcə ayırıb.