Azərbaycanda bu ilin 6 ayı ərzində baş vermiş yol-nəqliyyat hadisələrinin 47,5 faizi (ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,9 faiz az) nəqliyyat vasitələrinin və piyadaların, 33,5 faizi (2,2 faiz az) bir neçə nəqliyyat vasitəsinin, 19 faizi (1,9 faiz az) bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib.

Unikal.org trend-ə istinadən bildirir ki, yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 79,7, yaralananların isə 75 faizini kişilər təşkil edir.

Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölüm və ya xəsarətlə nəticələnən 23 hadisə baş verib. Nəticədə 12 nəfər ölüb, 19 nəfər yaralanıb. Belə hadisələrin 69,6 faizi minik avtomobillərinin sürücüləri tərəfindən törədilib.