20 Noyabr 2018
"Bizə dollar deyil, vətən lazımdır, 3 milyonu prezidentimizə hədiyyə edirik" - Türkiyədə iş adamları HƏRƏKƏTƏ KEÇDİ - VİDEO
DÜNYA 22:39 / 13.08.2018
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın millətə "yastıq altındakı dollar və qızılları çıxarın"çağırışına Bütün İnkişaf İş Adamları və Sahibkarlar Dərnəyinin (TÜMKİAD) bir qrup üzvü 3 milyon dolları türk lirəsinə çevirməklə cavab verib.

Unikal.org xəbər verir ki, TÜMKİAD rəhbəri Nihat Tanrıqulu lirəni öpərək ürəyinin üstünə qoyub. O, dərnək üzvlərinin iştirakı ilə keçirdiyi mətbuat konfransında iş adamlarına da müraciət edib:

"Bizə dollar deyil, vətən lazımdır. Bütün iş adamlarına səslənirəm. Biz meydanlara endik, siz də enin. Dollarları türk lirəsinə çevirdik, dollara yox deyirik. Biz 300 iş adamıyla dollarlarımızı dəyişərək prezidentimizə hədiyyə edirik."