Fransada qarğalar parkarın təmizlik xidmətində fəaliyyət göstərəcəklər.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Fransada istirahət parklarının birində xüsusi təlim keçmiş 6 qarğa zibil tullantılarının toplanması ilə məşğul olacaq. Belə ki, həmin qarğalar topladıqları tullantıları kiçik qutuya qoyacaqlar. Qarğalar bu işin müqabilində mükafatsız qalmayacaqlar. Onlar zibil atdıqları qutulardan yem də götürə biləcəklər.