18 yaşlı Yuliyanın cəsədi qardaşı Sertan Değirmancı tərəfindən evdə aşkarlanıb. Məlum olub ki, qız anası tərəfindən öldürülüb.

Unikal.org xarici kiv-ə istinadən xəbər verir ki, ürək sızladan hadisə Rusiyanın Perm ilayətində baş verib.

Məlum olub ki, 49 yaşlı Tatyana adlı qadın öz doğma qızına yatarkən bir neçə balta zərbəsi vurub. Cinayəti törədən ana İşevsk vilayətində tapılaraq saxlanılıb. Jurnalislərə açıqlama verən ailənin yaxınlarından biri bu sözləri deyib:

"Bu ailəni uzun müddətdir ki, tanıyıram. Anaları son zamanlar çox qəribə davranırdı. Hansı səbəbə görə qızını öldürə bilər ki? Hələ də şokdayam. Hər zaman qızı haqqında qürurla danışardı. Türk olan ərindən boşanandan sonra aliment ala bilmədi və övladlarına baxa bilmək üçün bir neçə işdə çalışırdı. Hadisəni törədən ana mənzillərdə təmizlik işləri görürdü".

Bildirilir ki, rus qadının adı açıqlanmayan Türk həyat yoldaşı ilə Çaykovskidə işləmək üçün gəldiyi zaman tanış olublar. Uşaqları dünyaya gəldikdən sonra əri öz ölksəinə - Türkiyəyə qaçıb və ailəyə dəstək olmayıb.

Polisə ifadəsində Tatyana qızı ilə şiddətli münaqişələrinin olduğunu bildirib. O, ifadəsinə "onun kimi 7 qızım olsaydı, hamısını öldürərdim" fikirlərini də
əlavə edərək peşman olmadığını bildirib. Yuliyanın qanlar içərisində olan meyitini evdə tapan qardaşı Sertan sosial media vasitəsilə bacısının dəfn edilməsi üçün pulları olmadığına görə kömək istəyib.