Dəmir yolunda əsaslı təmir prosesinin növbəti mərhələsi davam edir və Bakı-Böyük Kəsik istiqamətində 600 km yol əsaslı təmir olunur. 

Unikal.org xəbər verir ki, eyni zamanda 2016-cı ilin sentyabr ayından etibarən 5 və 11 saylı İDYM MMC-lər tərəfindən yeni yoldəyişənlərin quraşdırılması həyata keçirilir.

Xatırladaq ki, ilk belə yoldəyişən 9 sentyabr 2016-cı ildə quraşdırılıb və bu günə kimi 186 yoldəyişən yenisi ilə əvəz olunub.

Hazırda Padar stansiyasında 14 ədəd yeni yoldəyişən qurğu quraşdırılır. İşlər mərhələli şəkildə davam etdiriləcək. Prosesi 5 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi MMC-nin kollektivi həyata keçirir.