Sumqayıt polisi 9 nəfərdən oğurluq edən şəxsi saxlayıb.

DİN-dən unikal.org-a verilən məlumata görə, Sumqayıt ŞPİ 3-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 14-dən avqustun 12-dək olan müddətdə şəhər sakinləri olan 9 nəfərin velosipedlərini oğurlamaqda şübhəli bilinən Corat qəsəbə sakini, əvvəllər məhkum olunmuş Anar Fərəcov saxlanılıb, əvvəllər məhkum olunmuş daha 1 nəfərin isə şəxsiyyəti müəyyən edilib.