ABŞ prezidenti Donald Trampın keçmiş köməkçisi Omarosa Nyuman Ağ evdə keçirtdiyi günlərdən bəhs edən kitab yazmağa başlayıb.

Unikal.org xəbər verir ki, keçmiş məmur yeni kitabında maraqlı faktlar açıqlayıb. O.Nyuman ABŞ prezidentinin həyat yoldaşı Melania Trampın boşanmaq üçün gün saydığını və ərini cəzalandırmaq üçün aqressiv hal yaradan geyimlər seçdiyini iddia edir: "Melania Trampın geydiyi paltarlara baxdığımda üsyan tərzi hiss edirəmvə onun geyim üslubunun ərini cəzalandırmaq üçün istifadə edildiyini düşünürəm."

Keçmiş köməkçi Trampın prezidentliyi bitən kimi Melanianın bu izdivaca son qoyacağını bildirib.