"Qarabağ" Çempionlar Liqasının III təsnifat mərhələsində cavab oyununa çıxıb.

Unikal.org-un xəbərinə görə, Qurban Qurbanovun komandası səfərdə BATE-nin qonağı olub.

Bakıda keçirilən ilk görüşdə rəqibinə 0:1 hesabı ilə uduzan Ağdam təmsilçisi mərhələni keçmək üçün Belarusdakı oyunda qələbə qazanmalı idi. Lakin görüş 1:1 hesabı ilə yekunlaşıb və "Qarabağ" Çempionlar Liqasında mübarizəni dayandırıb.

"Qarabağın UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Belarusun BATE klubuna qarşı keçirdiyi cavab oyunundan hazırlanmış videoreportajı təqdim edirik:

Qeyd edək ki, təmsilçimiz yolunu Avropa Liqasının pley-off mərhələsində davam etdirəcək. "Atlılar" burada "Şerif" (Moldova) - "Valür" (İslandiya) cütünün qalibi ilə qarşılaşacaq.