20 Noyabr 2018
21 Noyabr 2018
Yaşamaq üçün dünyanın ən rahat ŞƏHƏRLƏRİ
DÜNYA 00:38 / 15.08.2018
Avstriyanın paytaxtı Vyana Amerikanın "The Economist” jurnalı tərəfindən hər il tərtib edilən yaşamaq üçün ən rahat şəhərlərin reytinqinə başçılıq edir.

Unikal.org  xəbər verir ki, şəhərlər səhiyyə, sabitlik, mədəniyyət, təhsil və infrastrukturun inkişafı kimi kateqoriyalara əsasən qiymətləndirilib.

Vyana 100 mümkün baldan 99,1 bal toplayıb. Siyahıda ikinci yerdə Avstraliyanın Melburn şəhəri (98,4 bal), üçüncü yerdə isə Yaponiyanın Osaka şəhəri (97,7 bal) qərarlaşıb. Maraqlıdır ki, Vyana və Kopenhagendən başqa, reytinqin ilk onluğuna daxil olan şəhərlərin hamısı Avstraliya, Kanada və Yaponiyada yerləşir.

Siyahıda dünyanın ən böyük meqapolisləri - Paris, London və Nyu-York müvafiq olaraq 19, 48 və 57-ci yerləri tutub. Bu şəhərlərdə cinayətkarlıq səviyyəsi yüksək olsa da, ictimai nəqliyyat daha çox yüklənsə də, səhiyyə sahəsi yaxşı inkişaf edib, mədəni həyat zəngindir, əməkhaqqı isə yüksəkdir.

Dünyanın ən pis şəhərləri isə Nigeriyanın Laqos (38,5 bal), Banqladeşin Dəkkə (38 bal) və Suriyanın Dəməşq (30,7 bal) şəhərləridir. Onlar reytinqdə 138-140-cı yerləri tutur. Həmçinin antireytinqə Pakistanın Kəraçi, Liviyanın Tripoli və Seneqalın Dakar şəhərləri də daxil edilib.