Ermənistanın paytaxtı Yerevanda cinsi azlıqlar polis məntəqəsinə girərək oradakı polisləri döyüblər.

Unikal.org erməni mətbuatına istinadən xəbər verir ki, buna vətəndaşlardan birinin cinsi azlıqların nümayəndəsinə hücum etməsi səbəb olub. Həmin şəxsi polis saxlayıb.

"Zərərçəkmiş tərəf şübhəli şəxsin mərkəzi polis idarəsinə gətiriləcəyini öyrənib, binanın qarşısında toplaşıb və şübhəlini apararkən, qarşıdurma yaranıb. Möhkəm səsdən qonşu binaların narazı sakinlərinin küçəyə çıxması ilə vəziyyət daha da gərginləşib, - deyə polisdən bildiriblər.

Hadisə yerinə gedən operativ polis qüvvələri aydınlaşdırıb ki, zəng edənlər qadın paltarı geyinən bir qrup "geylərdir və onları cəmi bir vətəndaş döyüb. Heç bir silahlı hücum olmayıb. Həmin şəxsləri döyən vətəndaş polis məntəqəsinə aparılıb. Polislər toplaşanları sakitləşdirməyə çalışsalar da, hadisə zamanı iki polis əməkdaşına bədən xəsarətləri yetirilib.