Bu gün UEFA superkuboku uğrunda oyun keçiriləcək.

Unikal.org xəbər verir ki, superkubok matçında Madrid klubları - "Atletiko" və "Real üz-üzə gələcək.

"Real 2017-2018 mövsümündə Çempionlar Liqasının, "Atletiko" isə Avropa Liqasının qalibi olub.

"Real UEFA superkubokunun hazırkı sahibi sayılır. "Kral klubu ötən il superkubok görüşündə "Mançester Yunayted"i məğlub etmişdi (2:1).

Oyun Estoniyanın paytaxtı Tallindəki "Lillekula stadionunda keçiriləcək.

UEFA superkuboku

15 avqust

23:00 Real (İspaniya) - Atletiko (İspaniya)
Hakimlər: Şimon Marçinyak, Pavel Sokolniçki, Tomaş Listkeviç (hamısı Polşa) Ovidiu Hateqan (Rumıniya)
Estoniya, Tallin. "Lillekula stadionu