Dövlət Sərhəd Xidmə­ti­nin (DSX) sərhəd qoşunlarının "Xu­dat sər­həd dəstəsinin "Yuxarı Tahircal sərhəd zastavası kom­pleksi xidməti istifadəyə verilib.

Bu barədə unikal.org-a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.

Zastava dövlət sərhədinin mürəkkəb relyefə malik ərazilərində xid­mətin key­fiyyətinin yük­səl­dil­məsi, hərbi qulluqçuların sosial-məişət şərai­tinin yaxşılaşÂ­dırılması məqsədilə qısa müddət ərzində yüksək keyfiyyətlə inşa edilib.

Bu münasibətlə təşkil olunmuş təntənəli mərasimdə şəxsi heyəti təbrik edən Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Qu­li­yev Prezi­dent, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan sərhəd mühafizə­si­­nə gös­tə­rdiyi ali diqqət və qayğı sayəsində Dövlət Sərhəd Xidmə­tinin bütün hərbi hissə və bölmə­lərində şəxsi heyət üçün yüksək xid­mət və məi­şət şəraitinin yaradılmasını qeyd edib, yeni is­ti­fa­dəyə veri­lən sərhəd zastavasının bu ali münasibətin növbəti təzahürü ol­du­ğu­nu vurğulayıb.

1992-ci ilin iyunun 16-da əsası qoyulmuş və yaradılarkən heç bir sərhəd infrastukturuna malik olma­yan "Xudat sərhəd dəstəsi ötən dövr ərzində şərəfli inkişaf yolu keçərək Dövlət Sərhəd Xidmətinin qa­baq­cıl hərbi hissələrindən birinə çevrilib, Respublikamızın şimal sər­həd­­lərinin etibarlı mühafizəsinin təşkilində yüksək nailiy­yətlər əldə edib.

Mərasimdə Prezident, Silahlı Qüv­və­lərin Ali Baş Ko­­man­­da­nı İlham Əliyevin "Xudat sərhəd dəs­tə­sinə 4 dəfə səfər etmə­­sinin şəxsi heyətdə bö­yük ruh yüksəkliyi ya­rat­ması, hər bir sərhədçiyə qürur və şərəfli anlar yaşatması xüsusi vur­ğulan­ıb.

Ötən əsrin 90-cı illərin əvvəllərində heç bir sərhəd infrastrukturu ol­­mayan ərazidə xidmətə başlayan sərhədçilərə Qusar rayon sakin­lə­ri­nin ciddi köməklik göstərmələrini xatırlayan Dövlət Sərhəd Xidmə­tinin rəisi general-polkovnik Elçin Qu­liyev sərhəd mühafizəsinin təşkili­nə verilən böyük dəstəyə görə yerli sakinlərə minnətdar­lığını bildirib.

Qusar rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov sərhəd­çiləri təbrik edib, xidməti fəaliyyətlərində uğurlar ar­­zula­yıb, Qusar əhalisinin hər zaman Azərbaycan dövlətçiliyinə xid­mət etməsini bil­dirib, yerli sakinlərin problemlərinin həllinə sər­həd­çilərin daima dəs­tək verməsinə görə minnətdarlığını ifadə edib.

Tədbirdə xidməti fəaliyyətlərində yüksək nəticələr göstərmiş hərbi qulluq­çulara dövlət təltifləri təqdim olunub.

Rəmzi lent kəsildikdən sonra ge­ne­­ral-pol­kov­nik Elçin Quliyev qo­naqlarla birlikdə sərhəd zastavası kompleksində yaradılmış şəraitlə ta­­nış olub. Müasir tələblərə ca­vab verən sərhəd zas­ta­vasında şəx­si heyət üçün lazımi məişət şəraiti olan yataqxana, yemək­xana, is­ti­ra­hət və xüsusi təyinatlı otaq­lar, təlim şəhərciyi, anbarlar, mərkəzləşÂ­dirilmiş istilik və işıqlandırma sistemləri, ha­mam-cama­şırxana, idman şəhərciyi, zabit və gizir ailələri üçün inşa olunmuş, me­­bel və avadan­lıq­larla təmin edilmiş mənzil­lər və digər tikililər sərhədçilərin istifa­də­si­nə verilib.

Tədbirin sonunda Dövlət Sərhəd Xidmətinin rəisi general-pol­kov­nik Elçin Quliyev və qonaqlar şəxsi heyətlə birlikdə nahar ediblər.