Qırğızıstanda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) sammitinin keçirilmə vaxtı dəqiqləşib.

Unikal.org xəbər verir ki, Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın bu barədə məlumat verib. O bildirib ki, sentyabr ayının əvvəlində Qırğızıstanda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) sammiti keçiriləcək: "Artıq TDƏŞ sammitinin vaxtı təşkilata üzv olan bütün ölkələrlə razılaşdırılıb. 

Sammitdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan prezidenti İlham Əliyev və digər üzv dövlətlərin başçıları da qatılacaq. Tədbir çərçivəsində Ərdoğan Azərbaycan prezidenti və digər ölkə başçıları ilə görüşlər keçirəcək.

Qeyd edək ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) fəaliyyətinin əsas məqsədi türkdilli ölkələr arasında hərtərəfli əməkldaşlığa yardım etmək olan beynəlxalq hökumətlərarası təşkilatdır. Təşkilat türkdilli ölkələrin dövlət başçılarının 3 oktyabr 2009-cu il tarixində Naxçıvan şəhərində keçirilən Zirvə görüşündə imzalanmış Naxçıvan Sazişinə əsasən yaradılmışdır. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə təşkilatın təsisçi üzvləridir.