Çində alış-veriş mərkəzlərinin birində azyaşlı uşağın ayağı eskalatorda ilişib qalıb. 

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, hadisə təhlükəsizlik kameralarına yansıyıb.

Olay Çinin Guyuan şəhərində baş verib. Azyaşlı qız eskalatora çıxarkən bir anda yıxılıb və ayağı ilişib.

Digər eskalatorda öz oğluyla enən qadın təcili olaraq köməyə qaçıb. Bu zaman eskalatorun hərəkəti dayandırılıb.