Əfqanıstanın paytaxtı Kabulun qərbində partlayış baş verib.

Unikal.org  bildirir ki, terror hadisəsi nəticəsində 25 nəfər ölüb və daha 35 nəfər yaralanıb.

Hadisə terrorçu kamikadzenin 18-ci polis dairəsində yerli təhsil müəssisəsinin yaxınlığında özünü partlatması nəticəsində baş verdiyi bildirilir.

Ölənlərin hamısının tələbələr olduğu qeyd edilir.

Hazırda ölkə ərazisində fəaliyyət göstərən terror qruplaşmalarından heç biri hadisəyə görə məsuliyyəti öz üzərinə götürməyib.

Hadisənin təfərrüatları müəyyənləşdirilir.