SON XƏBƏRLƏR
23 Sentyabr 2018
Türkiyəyə 15 milyard dollarlıq sürpriz - qardaş ölkə böhrandan ÇIXIR
DÜNYA 19:27 / 15.08.2018

Türkiyə prezidenti Rəcəb Tayyib  Ərdoğan ölkəsinə işgüzar səfərə gələn Qətər  əmiri Şeyx Temim bin Hamed Al Sani  ilə görüşüb.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, görüşdə ölkələr arasında ikitərəfli  əlaqələr, eləcə də bölgənin mövcud vəziyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.

Qətər Əmiri ölkəsinin Türkiyəyə 15 milyard dollarlıq investisiya yatırılacağını Türkiyə prezidentinin nəzərinə çatdırıb. 

Görüşdə, həmçinin dövlətlər arasında olan iqtisadi münasibətlərin daha da inkişaf etdirilməsi istiqamətində gələcəkdə  atılacaq addımlar da müzakirə olunub.