14 Noyabr 2018
Azərbaycan millisi İsveçi məğlub etdi
İDMAN 20:13 / 15.08.2018

Voleybol üzrə kişilərdən ibarət Azərbyacan milli komandası 2019 CEV Avropa Çempionatının seçmə mərhələsində ilk oyununu keçirib.

Unikal.org xəbər verir ki, G qrupunda mübarizə aparan yığma İsveçlə üz-üzə gəlib. Dərnəgül Voleybol Mərkəzində baş tutan qarşılaşma Azərbaycan millisinin əzmkar qələbəsi ilə başa çatıb - 3:2.

İlk iki setdə rəqibinə məğlub olan yığma növbəti üç setdə qələbə qazanıb. Bu nəticədən sonra Azərbaycan millisi aktivinə 2, İsveç isə 1 xal yazdırıb.

Qeyd edək ki, Azərbaycan yığması növbəti oyununu avqustun 18-i səfərdə Lüksemburq komandasına qarşı keçirəcək.