Bu gün səhər saatlarında Nil çayının Sudandan keçən hissəsində qayıq qəzası nəticəsində 22 məktəbli və bir qadın həlak olub.

Unikal.org xarici mediaya istinadən xəbər verir ki, insident Misirlə sərhəddə yerləşən Nil əyalətində baş verib. Faciəyə taxta qayığın mühərrikinin sıradan çıxması səbəb olub. Leysan yağışlarının yaratdığı güclü çay axını qayığı çevirib.

Qəza zamanı katerdə 40 məktəblinin olduğu bildirilir.