14 Noyabr 2018
15 Noyabr 2018
Günəbaxan tumunun bilmədiyimiz FAYDALARI
CƏMİYYƏT 23:58 / 15.08.2018

Şərq insanı çərəzi çox xoşlayır. Azərbaycanda günəbaxan tumunu xoşlamayan insan demək olar ki, çox azdır. Amma bu günə qədər günəbaxan tumunun tərkibində çoxsaylı minerallar və vitaminin olduğunu çox az adam bilir.

Unikal.org  günəbaxan tumunun faydalarını təqdim edir.

Psixoloqlar bildirirlər ki, günəbaxan tumu çırtlayan insanlarda müsbət təsir oyadır. İnsanlar bir çox hallarda əllərindəki tum bitdikdən sonra bir daha çırtlamayacağını deyirlər. Amma yenidən paketə əl atırlar.

Tum çırtlayanda çox vaxt başqa heç nə düşünmürük, ritmik bir hərəkətlə çırtlayırıq. Günəbaxan tumu insana rahatlıq və güvən hissi aşılayır.

Yemək insan psixologiyasına müsbət təsir edir. Doymaq insanın sevgi ehtiyacını qarşıladığı nöqtədir. Məsələn, südəmər körpə ana südü ilə qidalanır, doyur və gülür. Depressiya xəstələri də dəyərləndirilməyə ehtiyac duyduqları üçün, sevgisizlik və biri tərəfindən sevilmə arzusu olduqları üçün, bunu təmin edə bilmədikləri üçün xəstələnirlər. Günəbaxan tumu çırtlayan depresiya xəstələri rahatlıq tapırlar. Çünki bu an başqa heç nə düşünmürlər və bir müddət də olsa problemdən, dərddən uzaqlaşırlar.

Günəbaxan tumunun tərkibində E və B vitaminləri, selenium, maqnezium, dəmir, fosfor, kalsium və sink kimi minerallar var. 100 qram günəbaxan tumunun tərkibində 22 qram protein var.