ABŞ-ın vitse-prezidenti Mayk Pens (Mike Pence) son günlər Türkiyə ilə aralarında yaranan böhranla bağlı açıqlama verib.

Unikal.org xəbər verir ki, Mayk Pens deyib ki, ABŞ prezidenti Donald Tramp həbsdən ev dustaqlığına buraxılan amerikalı rahib Endryü Bransonun (Andrew Brunson) tam azad olunmasını tələb edib: "Rahib Brunson günahsızdır və insan və hüquq azadlıqlarına görə, o Türkiyədə dərhal azadlığa buraxılmalıdır. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Trampın qərarlarını test etməməlidir. Tramp ölkə xaricində ədalətsiz yerə həbs edilən amerikalıları evlərinə dönməsinə qərarlıdır.

Ölkə başçısı və mən rahib Brunsonun sərbəst buraxılmasına və ailəsinə, yoldaşlarına, və Amerikadakı kilsəsinə dönməsinə qərarlıyıq və bu yolda işimizi davam etdirəcəyik. Hər bir Amerikalı rahib Brunsonun və həyat yoldaşı Noreenin evinə dönməsi üçün dua etməlidir.