20 Noyabr 2018
Kərəm Həsənov Ağsuda vətəndaşları qəbul edəcək
İQTİSADİYYAT 09:46 / 16.08.2018
Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədri Kərəm Həsənov avqustun 24-də Ağsu rayonunda vətəndaş qəbulu keçirəcək.

Komitədən unikal.org-a verilən məlumata görə, qəbulda Ağsu rayonu ilə yanaşı Şamaxı və Qobustan rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaq.

Vvətəndaş qəbulu saat 10:00-da Ağsu şəhərində yerləşən Uşaq Yaradıcılıq Mərkəzində keçiriləcək.

Qəbul zamanı komitənin fəaliyyət istiqaməti üzrə, o cümlədən daşınmaz əmlakın qeydiyyatı, dövlət əmlakının özəlləşdirilməsi, hərraclarda iştirak, dövlət əmlakının icarəyə götürülməsi, torpaqların texniki parametrlərinin və koordinatlarının müəyyənləşdirilməsi, ünvan məsələləri, torpaqlardan istifadə qaydaları ilə bağlı qeyd edilən bölgələrin əhalisinin müraciətlərinə baxılacaq.

Qəbula yazılmaq istəyən vətəndaşlar komitənin office@emdk.gov.az elektron ünvanına yaza və ya aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:

Komitənin Aparatı: (012) 490 24 08 (daxili 200 və 105)

Komitənin Şamaxı ərazi şöbəsi: (02026) 5-10-76, 5-75-06

Komitənin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şamaxı ərazi idarəsi: (02026) 5 01 07, (02022) 6-55-14