Türkiyənin Aydın şəhərində bacısının sevgilisi Ferhat Çiftçini öldürən Coşqun.Ç həbs olunub.
İddiaya görə, F.Çiftçinin onun bacısını evlənmək vədi ilə aldadıb və cinsi əlaqədə olub.

Unikal.org Türkiyə mətbuatna istinadən xəbər verir ki, bu da Coşqun.Ç-nin bu cinayəti törətməsinə səbəb olub.
O, Çiftçini silahla vurduqdan sonra yerə yıxıldığını görüb və onun yanına gedərək yenidən kürəy nahiyəsinə atəş açıb. Hadisəni törədən qardaş həmin ərazidən qaçaraq uzaqlaşıb.

Cinayət anı, təhlükəsizlik kameralarına yansıyıb. Coşqun.Ç F.Çiftçiyə 7 dəfə atəş açıb. Hadisə yerinə səhiyyə işçiləri və polis əməkdaşları cəlb olunub. Çiftçi hadisə yerindəcə keçinib. Hadisə ilə bağlı araşdırma aparılır.