20 Noyabr 2018
ABŞ-ı boykot etmək üçün "İphone"-ları belə qırdılar - VİDEO
CƏMİYYƏT 12:13 / 16.08.2018
Bir neçə gün öncə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışı zamanı ABŞ istehsalı olan elektron məhsulların boykot etməyi planlaşdırdığını bildirib.

Unikal.org xəbər verir ki, həmin çıxışdan sonra Türkiyə vətəndaşları Ərdoğana dəstək məqsədi ilə sosial şəbəkələrdə baykot haştağı ilə çəkdikləri videoları paylaşırlar. Həmin paylaşımlarda bəziləri dollarları yandırıb, bəziləri isə ABŞ istehsalı olan telefonları əzərək etirazlarını bildiriblər. Bu paylaşımlar arasında ən çox diqqət çəkən isə bir qrup gəncin ABŞ istehsalı olan İphone markalı mobil telefonları çəkiclə əzmələri olub.