Bakıda keçmiş məhkumdan silah-sursat götürülüb.

Bu barədə Unikal.org-a  Daxili İşlər Nazirliyindən məlumat verilib. 

Belə ki, Qaradağ Rayon Polis İdarəsinin 38-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində borclu şəxs qismində axtarışda olan, əvvəllər məhkum olunmuş Xəyal Zeynalovun Sahil qəsəbəsindəki evinə baxış zamanı kustar üsulla hazırlanmıç 1 ədəd tüfəng, 3 ədəd tüfəng maketi, 2 ədəd bıçaq və 2 ədəd patron götürülüb.