14 Noyabr 2018
15 Noyabr 2018
Azərbaycanlını qarışqa sancdı – 16 min yardım aldı
HADİSƏ 13:46 / 16.08.2018
Azərbaycanın sığorta şirkətlərindən biri səfər sığortası üzrə 15 644 manat ödəniş həyata keçirib.

Unikal.org report-a istinadən xəbər verir ki, müştəri ABŞ-ın Texas ştatında olarkən, onu qırmızı odlu qarışqa sancıb.

Nəticədə vətəndaş allergik reaksiya səbəbi ilə tibb müəssəsinə aparılıb.

Sığorta şirkəti Amerika vətəndaşı olan azərbaycanlının xərclərini ödəyib.