Antaliyada avtobus sürücüsü sükan arxasında infarkt keçirib.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, sürücü idarə etdiyi, içində 50 nəfərin olduğu avtobusu dayandırdıqdan sonra mərkəzə zəng edib. Vəziyyəti haqqında məlumat verən İsmayıl Atladı sərnişinlər üçün avtomobil göndərmələrini tələb edib. O daha sonra sərnişinlərdən kömək istəyib.

Ona ilkin tibbi yardım sərnişinlər tərəfindən göstərilib. 47 yaşlı sürücü "Dostlar özümü yaxşı hiss etmirəm məndən bu qədər. Heç kimin həyatını riskə ata bilmərəm deyərək davam edə bilməyəcəyini bildirib.

Ağrı çəkdiyi üzündən hiss olunan avtobus sürücü üçün təcili tibbi yardım çağırılıb və onu xəstəxanaya aparıblar. Həkimlərin bildirdiyinə görə, əməliyyat olunan sürücünün hazırkı vəziyyəti normaldır.