14 Noyabr 2018
15 Noyabr 2018
"Danışanda təhqir edirlər" - Misir Mərdanovdan AÇIQLAMA
CƏMİYYƏT 15:28 / 16.08.2018
Xəbər verdiyimiz kimi, bu il 29 abituriyent 700 bal toplayıb. Bu da 1992-ci ildən başlayaraq indiyə kimi qəbul imtahanlarında şagirdlərin biliklərinin test üsulu ilə qiymətləndirilməsi sistemində rekord say hesab olunur.

"Bu il maksimum nəticə göstərmiş abituriyentlərin sayının bu qədər çox olması Azərbaycan təhsilinin inkişafıdır, yoxsa, imtahanlarda asan sualların verilməsidir?"  sualı ilə keçmiş Təhsil naziri Misir Mərdanova müraciət etdik.

Unikal.org xəbər verir ki, sualımızı eşidən Misir Mərdanov təhsil sistemi ilə bağlı danışmaq istəmədiyini, hazırda istirahət etdiyini deyib:

"Mən ümumumiyyətlə, təhsillə bağlı heç nə danışmaq istəmirəm. Təhsillə bağlı danışanda çoxsaylı iradlarla qarşılaşmışam. Bu barədə danışığımı müxtəlif cür yozurlar. Mən danışıram, başqası yanına bir şey qoşur. Allaha şükür rahat işim-gücüm var. İstəmirəm ki, kimlərinsə təhqiri ilə üzləşim. Hazırda Novxanıda bağımda istirahət edirəm. Bundan sonra təhsillə bağlı eç nə danışan deyiləm".

Famil Fərhadoğlu