SON XƏBƏRLƏR
24 Sentyabr 2018
Bakıda 4 nəfər özünü öldürmək istədi - VİDEO
HADİSƏ 15:53 / 16.08.2018
Bakıda 4 nəfər şəxs intihara cəhd edib.

Unikal.org FHN-ə istinadla verdiyi məlumata görə, Bakı şəhərinin Səbail rayonunda 4 nəfər qazanxananın tüstü bacasına çıxaraq intihar etmək istədiklərini nümayiş etdirib.

Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Vətəndaşlarla aparılan psixoloji söhbətlər nəticəsində onlar, özlərinə qəsd etmək fikrindən daşınıblar.

Əməliyyat başa çatıb.