ATV-də yayımlanan "Qardaşlar serialının yayımı dayandırılıb.

Unikal.org xəbər verir ki, serialın baş prodüseri Elməddin Cəfərov məsələ ilə bağlı BAKU.WS-ə açıqlama verib.

E. Cəfərov saytımıza bunları deyib:

""Qardaşlar" serialı yeni mövsümdən yayımlanmayacaq. Reytinqə görə deyil, sadəcə belə məsləhət bilindi. Tamaşaçılar "Bacanaqlar" serialında böyük dəyişikliklər görəcək. Belə ki, Pərvin Abıyeva, Cavidan Novruz və Fidan Axundova ssenariyə görə serialdan ayrılıblar. "Qardaşlar" serialında rol alan əməkdar artist Tünzalə Əliyeva isə yenidən "Qız atası"nda olacaq".

Qeyd edək ki, "Qardaşlar" serialı 2015-ci ilin sentyabr ayından yayımlanır.