20 Noyabr 2018
Dayanacağın ətrafını zəbt etmiş hasar söküldü - FOTO
CƏMİYYƏT 17:51 / 16.08.2018
Bakı Nəqliyyat Agentliyinin (BNA) müdaxiləsi ilə paytaxtın Xətai rayonunun İnqilab İsmayılov küçəsində avtobus dayanacağının ətrafına çəkilmiş dəmir hasar sökülüb.

Unikal.org xəbər verir ki, bu barədə qurumun Mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.

O bildirib ki, hazırda ərazidə piyadaların və müntəzəm marşrut xəttindən istifadə edən sərnişinlərin rahatlığı və təhlükəsizliyi üçün şərait yaradılır.