Türkiyə klublarının televiziya kanalları fəaliyyətini dayandırır.

Unikal.org goal.com-a istinadən xəbər verir ki, Klublar Birliyi telekanalların bağlanılması barədə klublarla razılığa gəlib.

Buna səbəb kimi maddi problemlər göstərilir. Televiziyalara xərclənən məbləğ uşaq futboluna yönləndiriləcək. Eyni zamandaklubların televiziya kanalları rəqamsal mediada fəaliyyət göstərəcək.

Qeyd edək ki, Türkiyədə"Qalatasaray","Beşiktaş", "Fənərbağça" və "Bursaspor" klublarının televiziya kanalı mövcuddur.