SON XƏBƏRLƏR
23 Sentyabr 2018
Azərbaycanda ölənlərin sayı AÇIQLANDI - 29292
CƏMİYYƏT 19:34 / 16.08.2018
2018-ci ilin birinci yarısında Azərbaycanda 29 292 ölüm halı qeydə alınıb.

Unikal.org xəbər verir ki,  ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,1-dən 6,0-a qədər azalıb.
Qeyd edək ki, göstəricilərə əsasən ölüm halları arasında qan dövranı sistemi xəstəlikləri çoxluq təşkil edir. Daha sonra ölümə səbəb olan əsas hallar yenitörəmələr, tənəffüs sistemi xəstəlikləri, travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin digər nəticələri göstərilir.