Müğənni Areta Franklin 76 yaşında dünyasını dəyişib.

Unikal.org xəbər verir ki, Associated Press agentliyi onun Detroyda (ABŞ) öz evində vəfat etdiyini yazıb.

2008-ci ildə Rolling Stone jurnalı onu tarixin ən böyük müğənnisi adlandırmışdı.

Avqustun 13-də kinokritik Rocer Fridman müğənninin ölüm ayağında olduğunu elan etmişdi. Onun sözlərinə görə, 76 yaşlı "soul kraliçası ciddi xəstə olub.

2010-cu ildə Franklində xərçəng tapılıb. Müğənninin sonuncu çıxışı 2017-ci ildə baş verib.

Areta Franklin adı Rok-n-rollun şərəf zalında peyda olan ilk qadın müğənnidir. O, ritm-end-blüz, soul və hospel üslubunda mahnılar oxuyub. Franklinin populyarlığının zirvəsi 1960-cı illərin ikinci yarısına təsadüf edib.

Güclü vokalına görə Areta Franklin Soulun kraliçası adını daşıyıb. Onun sonuncu studiya albomu - Aretha Franklin Sings the Great Diva Classics 2014-cü ildə təqdim olunub. 2017-ci ildə müğənni karyerasını bitirdiyini elan etmişdi.