SON XƏBƏRLƏR
24 Sentyabr 2018
23 Sentyabr 2018
11 ədəd qovaq ağacını qanunsuz kəsdi
CƏMİYYƏT 09:21 / 17.08.2018
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçiriblər.

Bu barədə unikal.org-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Reyd zamanı Xaçmaz rayonu Qaraqurtlu kəndi ərazisində yaş köküstə 20-30 sm diametrliyində 11 ədəd qovaq ağacının qanunsuz kəsildiyi aşkar edilib.

Araşdırma zamanı ağacların Xaçmaz rayon sakini Nazim Abasov tərəfindən kəsildiyi müəyyən olunub. Faktla bağlı qanun pozucusu barəsində akt tərtib edilib və təbiətə 2470 manat məbləğində ziyan dəydiyi məlum olub.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbir görülməsi üçün Xaçmaz rayon Prokurorluğuna göndərilib.