Avqustun 16-da Səbail rayonu ərazisindən Bakı şəhər sakinləri Vüqar Cəfərov və Rövşən İmanquliyev kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətiriliblər.

DİN-dən unikal.org-a verilən məlumata görə, Səbail RPİ 9-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Kənan İsgəndərov saxlanılıb.