Bərdə rayon sakinindən silah-sursat götürülüb.

DİN-dən Unikal.org-a verilən məlumata görə, Baş Cinayət Axtarışı İdarəsi və Füzuli Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayonun Böyük Bəhmənli kənd sakini Mücəllət Ələkbərovun idarə etdiyi "VAZ-2107 markalı avtomobil saxlanılıb, sərnişin Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş Sənan Zülfüqarovdan 1 ədəd tapança, 5 ədəd patron və 1 ədəd patron darağı götürülüb.