Türkiyənin istirahət mərkəzlərindən olan Bodrumda iki uşaq atası 50 yaşlı S.G azyaşlı qıza qarşı seksual xarakterli hərəkətlər edib. 

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ortakent-Yahşi məhəlləsində mağaza sı olan sahibkar iş yerindəki şəxslərdən birinin azyaşlı qızı ilə maraqlanmağa başlayıb. 5 yaşlı qıza yaxınlaşıb və ona, "Gəl səninlə Sünger Bob oyunu oynayaq deyib. Daha sonra o uşağı başqa bir mağazanın ayaqyoluna aparıb və təcavüz edib. 

Uşağın ayaqyoluna getdiyini görən böyük qardaşı şübhələnib. O bacısından hara getdiyini soruşduqdan sonra hadisədən xəbərdar olub. 

Azyaşlının qardaşı 50 yaşlı təcəvüzkarı döydükdən sonra polisə xəbər verib. Əraziyə gələn polis əməkdaşları S.G-ni bölməyə aparıblar. 50 yaşlı kişi uşağa təcavüz etməkdə günahlandırılaraq həbs olunub. 

Məlum olub ki, S.G əvvəllər də həmin uşağa qarşı seksual xarakterli hərəkətlər edib. Təcavüzkar haqqındakı ittihamları rədd edərək: "Mənim sahibi olduğum mağazanın ayaqyolu problemli olduğu üçün  qonşu obyektə yollandım. Bu zaman uşaq da həmin yerə gəlib. Başqa heç bir hadisə olmayıb-deyib.  

Uşağın pedeqoq vasitəsi ilə ifadəsi alınıb. Məlum olub ki, o uşağa qarşı əxlaqız ifadələr işlədib və seksual xarakterli hərəkətlər edib.