İsrailin baş naziri Benyamin Netanyahu ona qarşı irəli sürülən korrupsiya ittihamları çərçivəsində aparılan istintaqın bir hissəsi olaraq, polis tərəfindən sorğu-sual edilib.

Unikal.org bildirir ki, polis Netanyahunun yaşadığı evə bu gün səhər saatlarında gedib. Evin qarşısında baş nazirə qarşı etiraz aksiyası keçirənlərin əlində üərində "cinayətkar nazir" yazılan plakatlar olub.

Cənab Netanyahuya Bezeq telekom şirkətinə məxsus xəbər saytında özü və həyat yoldaşı barədə müsbət xəbərlərin yayılması mübadiləsində bu şirkət üçün əlverişli nizamlamalar həyata keçirib-keçirmədiyi barədə suallar verilib.

Polis Netanyahuya qarşı əlavə iki korrupsiya ittihamının irəli sürülməsini istəyib.

Baş nazir ona qarşı irəli sürülən bütün ittihamları rədd edərək, bütün bunların "medianın ifritə ovu" olduğunu deyib.