Neftçala rayonunda yaşlı kişi evində ölü tapılıb.

Unikal.org-un məlumatına görə, 16 avqust, saat 21:00 radələrində Neftçala rayon Kürkənd kənd sakini Əsədov Rafiq Seyfi oğlunun meyiti yaşadığı evin hamamında aşkar edilib.

Faktla bağlı Neftçala Rayon Prokurorluğunda araşdırma aparılır.