Kiyevdə kütləvi iğtişaş törətmək istəyən 80 nəfər saxlanılıb.

Unikal.org xəbər verir ki, bu barədə Kiyev Polis İdarəsi məlumat yayıb.

Məlumata görə, paytaxtın Osokorkax ərazisində soyuq və odlu silahla təchiz olunmuş 18 və 40 yaş arasında 100-ə yaxın insan şəhərdə qarşıdurma və kütləvi iğtişaş yaratmaq istəyiblər.

Onlar Osokorkax eko-parkı ərazisində qarşıdurma yaratmağa cəhd edərkən xüsusi təyinatlı polis dəstələri tərəfindən zərərsizləşdiriliblər.