SON XƏBƏRLƏR
24 Sentyabr 2018
23 Sentyabr 2018
"Qarabağ"ın "Şerif"lə ilk oyunu avstriyalı hakimlərə tapşırıldı
İDMAN 14:21 / 18.08.2018
"Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsində Moldovada "Şerif”ə qarşı keçirəcəyi ilk oyunun təyinatlar açıqlanıb.

Unikal.org xəbər verir ki, avqustun 23-də Tiraspolda baş tutacaq görüş avstriyalı hakimlərə həvalə olunub. Matçın referisi Harald Lexner olacaq. Ona Andreas Heydenrex, Maksimilian Kolbim və Yulian Veynberger kömək edəcək.

Oyunun hakim-inspektoru ukraynalı Vladimir Petrov, UEFA nümayəndəsi siə finlandiyalı Teuvo Holopainedir.

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.