SON XƏBƏRLƏR
24 Sentyabr 2018
Kəmaləddin Heydərov generalı SƏRƏNCAMA GÖTÜRDÜ
SİYASƏT 14:35 / 18.08.2018
Xəbər verdiyimiz kimi, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Dövlət Gömrük Komitəsinin Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Baba Salayevin işdən çıxarılması ilə bağlı əmr imzalamışdı. 

Unikal.org-un əldə etdiyi məlumata görə, Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərov  Baba Salayevi sərəncama götürüb. Belə ki, nazir B.Salayevi idarə rəisi vəzifəsinə təyin edəcək.

Qeyd edək ki, Baba Salayev deputat Hacı Salayevin qardaşıdır.