Yuventus"un yeni transferi Kriştiano Ronaldu Turin klubunda rəsmi debüt edib.

Unikal.org xəbər verir ki,portuqaliyalı hücumçu İtaliya A seriyasının 1-ci turunda "Kievo"ya qarşı matçda ilk oyununa çıxıb. 90 dəqiqə meydanda olan Kriştianu Ronaldu qol vura bilməyib.

"Yuvenmtus" klubunun baş məqçisi Massimiliano Alleqri Kriştianu Ronaldunundebütü barədə fikirlərini bildirib: "O, fiziki cəhətdən çox güclüdüş Ronaldu cəmi yeddi gün bizimlə məşq etdi, amma heyif ki, bu günkü görüşdə qolvura bilmədi. Onun komandaya tez uyğunlaşmasına heyranam".

Qeyd edək ki, "Kievo" - "Yuventus" görüşü qonaq komandanın 3:2 hesablı qələbəsi ilə başa çatıb.